Yəmənin yeni neft talan əməliyyatının zərərsizləşdirilməsinin təfərrüatları

Yəmənin yeni neft talan əməliyyatının zərərsizləşdirilməsinin təfərrüatları

Yəmən silahlı qüvvələrinin sözçüsü Səudiyyə koalisiyasının işğal etdiyi ərazilərdən neft talan etməyi planlaşdıran xarici neft tankerinin geri çəkilmək məcburiyyətində qaldığını açıqlayıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu ölkə qüvvələrinin Səudiyyə-BƏƏ təcavüzkarlarına qarşı yeni əməliyyatlarının təfərrüatlarını açıqlayıb.

Əl-Məyadin xəbər kanalı Səri-yə istinadən xəbər verir ki, Yəmən silahlı qüvvələri Əl-Zabə limanına yaxınlaşmaq istəyən neft tankerini bu limanı tərk etməyə məcbur edib. Bu liman təcavüzkar Səudiyyə-BƏƏ alyansının muzdlularının işğalı altındadır.

O, davam edib: Bu tanker böyük miqdarda [Yəmənin] neftini qarət etmək missiyasına malik idi və silahlı qüvvələrin ilkin xəbərdarlığına əhəmiyyət vermədi.

Yəmən silahlı qüvvələrinin sözçüsü sonda vurğulayıb ki, Yəmən silahlı qüvvələri öz milli və suveren resurslarını dəstəkləməyə davam edəcək ki, Yəmən gəlirləri bu ölkənin xalqına xidmət etsin və bütün ölkə ərazisində bütün işçilərin maaşlarını ödəsin.

Bu gün günortadan sonra xəbər mənbələri Həzrəmovt əyalətinin (Şərqi Yəmənin) paytaxtı Makla şəhərinin şərqində yerləşən Əl-Zabə limanında partlayışın baş verdiyini bildiriblər. Yerli mənbələr pilotsuz təyyarənin Əl-Zabə limanını hədəf aldığını bildirib. Bu hücum xarici neft tankerinin gəlməsindən cəmi bir neçə saat əvvəl baş verib.

Bu mənbələr ABŞ-ın Yəmən neftini talamaq üçün növbəti cəhdinin uğursuzluqla nəticələndiyini, bu tankerin bu limandan yağmaladıqdan sonra iki milyon barrel xam neft yükünü Avropa bazarlarına daşımaq niyyətində olduğunu bildirərək davam edib.

Ə-Zanə limanına ikinci dəfə hücum olub. Təbii ki, bu dəfə Amerika müdafiə sistemi Səudiyyə koalisiyasının işğalı altında olan limanlara və neft strukturlarına dəstək bəhanəsi ilə yerləşdirilib və bu hücumlar özünü Ər-Riyada bağlı elan edən hökumətə güclü zərbədir.

Bu hücumlar Yəmənin hava imkanlarının artmasına dəlalət edir və göstərir ki, artıq Yəmənin neftini talamaq mümkün deyil. Təbii ki, Amerika xarici şirkətləri Yəmən sahillərində onlara dəstək verəcəyinə zəmanət vermişdi, lakin bu cür hücumlarla bu iddia şübhə altına alınıb.

Ötən oktyabr ayında işğal altında olan bu limana oxşar hücumlar edilib. Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu hücumu “sadə xəbərdarlıq hücumu” adlandırıb və bildirib ki, məqsəd bir neft tankerinin Yəmən xam neftini Əl-Zabə limanı vasitəsilə talanmasının qarşısını almaqdır.

Yəmənin xalqı müdafiə etmək və ehtiyatlarını qorumaq üçün xəbərdarlıq əməliyyatları həyata keçirməyə qadir olduğunu deyən Səri vurğulayıb: Bir daha bütün şirkətləri xəbərdar edirik ki, Sənanın qərarlarına tabe olsunlar və Yəmənin sərvətlərini talamaq cəhdlərindən çəkinsinlər.

Həzrəmovt əyaləti Yəmənin ən böyük neft istehsalçısıdır və Səudiyyə-BƏƏ-Amerika muzdluları işğal etdikləri ərazilərdə ölkənin neftini talan edərkən dəfələrlə həlak olublar. Yəmənin Milli Qurtuluş Hökumətinin Neft Nazirliyi bir müddət əvvəl Səudiyyə koalisiyasının Yəmənin təxminən 10 milyard dollarlıq neft ehtiyatını taladığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 10 =