Kanada Belarusun 22 rəsmisinə və 16 şirkətinə sanksiya tətbiq edib

Kanada Belarusun 22 rəsmisinə və 16 şirkətinə sanksiya tətbiq edib

Kanada Belarusun 22 rəsmisinə və 16 şirkətinə sanksiya tətbiq edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kanada XİN-dən bildirilib.

“Qara siyahı”ya salınan şəxslərin Ukraynadakı müharibə ilə əlaqəli olduqları vurğulanıb. Onların arasında müharibə zamanı Rusiya texnikasının yerləşdirilməsi və daşınmasında iştirak edənlər də var.

Məlumata görə, məhdudiyyətlərdən təsirlənəcək şirkətlər hərbi istehsal, mühəndislik, texnologiya, dəmir yolu daşımaları və bankçılıq sahələrinə aiddir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =