Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş -Video

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş -Video

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş – APA TV Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib. Bu barədə “Qafqazinfo” hüquq-mühafizə orqanlarından məlumat əldə edib. Bildirilir ki, aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub. Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Şmiginas Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =