Qazaxıstanda yol qəzası olub, 7 nəfər ölüb, 4 nəfər yaralanıb

Qazaxıstanın qərbində, Aktobe-Həştərxan avtomobil yolunda üç avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” “Polisia.kz”a istinadən xəbər verir ki, bu barədə regional yol polis idarəsindən bildirilib.
Məlumata görə, hadisə Muqaljarsk rayonunun Yelek qəsəbəsində baş verib. “Lada Larguz” qarşı yola çıxaraq “KIA Sorrento” ilə toqquşub. Nəticədə “Lada” sürücüsü və 6 sərnişin ölüb, “KIA”nın 4 sərnişini isə yaralanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Report.az