Fələstin müqavimət qüvvələri bir sionistin cəsədini xəstəxanadan qaçırıblar

Fələstin müqavimət qüvvələri bir sionistin cəsədini xəstəxanadan qaçırıblar

Fələstin mənbələri İordan çayının qərb sahilində yerləşmiş bir qrup müqavimət qüvvələrinin xəstəxanadan bir sionistin cəsədini qaçırdığını və bunun müqabilində fələstinli şəhidlərin cənazələrinin təhvil verilməsini tələb etdiklərini bildiriblər.

Fələstin mediası bu gün (çərşənbə) bildirib ki, “Cənin” düşərgəsində (İordan çayının qərb sahilinin şimalında) yerləşmiş bir qrup müqavimət qüvvələri bir sionistin cəsədini qaçırıb və onu sionist rejimə təhvil vermək müqabilində fələstinli məhbuslardan bir neçə nəfərin azad edilməsini tələb ediblər.

 “Arab 48” xəbər saytının məlumatına görə, sionist rejimin səlahiyyətliləri Fələstin Muxtariyyət Təşkilatının səlahiyyətliləri ilə məsləhətləşərək cənazəni ələ keçirməyə çalışırlar. Dünən günortadan sonra ibrani mediası iki sionistin avtomobil qəzasında ağır yaralandığını və onlardan birinin vertolyotla Hayfadakı Rambam xəstəxanasına, Tiran Fero adlı digərinin isə Eben xəstəxanasına aparıldığını bildirdi.

Bu gün ibrani mediası bir neçə silahlı şəxsin Cənində Tiran Feronun cənazəsini qaçırdığını və onun azad edilməsi müqabilində bəzi fələstinli məhbusların və ya ən azından fələstinli şəhidlərin cəsədlərinin təhvil verilməsini tələb etdiklərini bildirib.

 “Əl-Ərəbiyyəl-Cədid” qəzeti də İordan çayının qərb sahilindəki bir neçə mənbəyə istinadən bu xəbəri təsdiqləyib və eyni zamanda yerli vaxtla axşam saat 9 radələrində cəsədin xəstəxanadan oğurlandığını açıqlayıb.

Bu xəbərə əsasən, sionist rejimin müharibə naziri Benni Qantz bu gün təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün görüşlər keçirib və bu görüşlərdə Cənindəki “Əl Cumla” və “Salem” keçid məntəqələrinin bağlanması qərara alınıb.

 “Kətaibu Şuhədail-Əqsa” müqavimət qruplaşması rəsmi olaraq bəyan edib ki, Tiran Feronun cəsədi onların əlindədir və qüvvələri sionist qüvvələrin mümkün hücumuna qarşı hazır vəziyyətdədir. Bu qrup cəsədləri sionist rejimin ixtiyarında olan bütün şəhidlərinin cənazələrinin azad edilməsini tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − nine =