8 min yəmənli uşaq 8 illik təcavüzün qurbanı olub

8 min yəmənli uşaq 8 illik təcavüzün qurbanı olub

Yəmən İnsan Haqları Mərkəzinin rəhbəri Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 2015-ci ilin sonundan Yəmənə təcavüzünün başlamasından indiyədək 8605 uşağın şəhid və ya yaralandığını açıqlayıb.

Əl-Məsirə telekanalına istinadla verilən məlumata görə, “İnsanlığın Gözü Haqqlar və İnkişafda” İnkişaf Mərkəzinin rəhbəri Əhməd Əbu Həmra Sənada keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib və əlavə edib: Bunlardan, 4017 uşaq şəhid olub, 4588 uşaq isə yaralanıb.

Əbu Həmra deyib: Bu mərkəz ABŞ-Səudiyyə təcavüzkar koalisiyasının istifadə etdiyi qadağan olunmuş silahların uşaqlara təsirləri ilə bağlı halları sənədləşdirə bilib.

Yəmənin Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Əbdülvəhab Əl-Məhbəşi də deyib: Tarixdə heç vaxt ABŞ və Səudiyyə Ərəbistanının təcavüzkar koalisiyasının Yəmən uşaqlarına qarşı törətdiyi bu kimi iyrənc cinayətlərə rast gəlinməyib.

O, sözlərinə belə davam edib: Yəmənlilər övladlarını və qadınlarını illərlə şəhid edənləri unutmurlar. İntiqamımızı təcavüzkarlardan alacağıq.

Bu arada Yəmənin Minalardan Təmizləmə üzrə İcraçı Mərkəzi Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə verdiyi açıqlamada, hücum və təcavüzün ardınca mina və kaset bombalarının partlaması nəticəsində 200-dən çox yəmənli uşağın həlak olduğunu və yaralandığını açıqlayıb.

Səudiyyə Ərəbistanı BƏƏ də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın köməyi və yaşıl işığı ilə 6 aprel 2015-ci ildən bu ölkənin istefa vermiş və fərari prezidenti Əbdu Rəbbih Mənsur Hadini geri qaytarmaq bəhanəsi ilə ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı kütləvi hücumlara başladı.

Lakin Yəmən xalqı və silahlı qüvvələrinin cəsarətli müqaviməti və xüsusi raket və dron əməliyyatlarının sayəsində onlar bu məqsədlərə nail ola bilmədilər və atəşkəsi qəbul etməyə məcbur oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − eleven =