Burkina-Fasoda silahlıların hücumu nəticəsində azı 14 nəfər ölüb
Burkina-Fasonun şimalında silahlıların hücumları nəticəsində səkkiz polis və altı mülki şəxs daxil olmaqla azı 14 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücumlar Kaya şəhəri yaxınlığındakı Safi kəndi ilə yanaşı, Udalan əyalətində də həyata keçirilib.
Silahlılar avtomobilləri və digər qiymətli əşyaları götürüblər.
Report.az