Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Ölən və yaralananlar var

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Ölən və yaralananlar var

Həmçinin qeyd olunub ki, zəlzələ zamanı daha bir nəfər həyatını itirib. Beləliklə, təbii fəlakət qurbanlarının sayı ikiyə yüksəlib.

Məlumata görə, yeraltı təkanlar başlayanda 47 yaşlı Hikmet Çələbi evdən tələsik çıxmağa çalışıb. Bu zaman o, müvazinətini itirərək yıxılıb və başı pilləkənə dəyib. Çələbi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

xxx

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

Publika.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.

xxx

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

Publika.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.

xxx

10:07

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Hazırki məlumata görə, yaralıların sayı Düzcədə 37 İstanbulda 1 Zonguldakda 6 Sakaryada 1 Boluda 1 nəfər olmaq üzrə 46 nəfərə çatıb.

xxx

07:47

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədəm AFAD məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsind Düzcedə 32, istanbulda 1, Zonquldakda 1 və Boluda 1 nəfər xəsarət alıb.

Zəlzələdən sonra bölgədə ən böyüyü 4,2 bal gücündə onlarla ardıcıl təkanlar yaşanıb.

Hazırda zəlzələlər davam edir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 5 =