İordan çayının qərb sahilində 2 fələstinli şəhid olub

İordan çayının qərb sahilində 2 fələstinli şəhid olub

Fələstin mediası İsrail əsgərləri tərəfindən yaralanan iki gəncin şəhid olması xəbərini yayıb.

Məlumata görə, sionist əsgərlərin açdığı atəş nəticəsində yaralanan iki fələstinli gənc şəhid olub.

Fələstinin Səhiyyə Nazirliyi ötən gün sionist qüvvələrin Nablus şəhərinə hücumu zamanı qarnından yaralanan “Məhəmmədhişam Məhəmməd Əbu Keşk”in (22 yaş) şəhid olduğunu bildirib.

Fələstinin “Sahab News” saytının məlumatına görə, “Məhəmməd Hirzullah” adlı daha bir gənc də şəhid olub. O, iki ay əvvəl şəhid Ən Nabulsi və Səbuhun öldürülməsi əməliyyatı zamanı yaralanıb.

Bu gün fələstinlilər sionist qüvvələrin Nablusa hücumu zamanı şəhid olan “Əhməd Əmcəd Şəhadə” adlı 16 yaşlı yeniyetməni də dəfn ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =