NATO-nun üç aviadaşıyıcısı Balkan yarımadası yaxınlığında təlimlər keçirib

NATO-nun üç aviadaşıyıcısı Balkan yarımadası yaxınlığında təlimlər keçirib

ABŞ-ın “USS George Bush”, Fransanın “FS Charles de Gaulle” və İtaliyanın “ITS Cavour” aviadaşıyıcıları İon dənizində təlimlər keçirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı əməliyyat donanması məlumat yayıb.

“NATO-nun üç aviadaşıyıcı zərbə qrupu noyabrın 23-də İon dənizində çoxdaşıyıcı əməliyyatlar zamanı Avro-Atlantik regionunda təhlükəsizlik və sabitliyə sadiq olduqlarını nümayiş etdirib”, – məlumatda qeyd edilib.

Bildirilib ki, noyabr ayı ərzində Şimali Atlantikada, Adriatik və Aralıq dənizində beş müttəfiq aviadaşıyıcı zərbə qrupunun fəaliyyət göstərəcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − four =