Amerika Suriyadakı qeyri-qanuni bazasına hücumu təsdiqləyib

Amerika Suriyadakı qeyri-qanuni bazasına hücumu təsdiqləyib

Amerika Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü səhər Suriyanın şimal-şərqindəki qeyri-qanuni Əş-Şədadi bazasına raket hücumunu təsdiqləyib.

CENTCOM rəsmi Twitter səhifəsində hücumun iki minaatanla həyata keçirildiyini yazıb.

Amerika Mərkəzi Komandanlığı bu hücumların heç bir can və mal itkisi ilə nəticələnmədiyini iddia edib.

CENTCOM daha sonra iddia edib: Bu hücumlar anti-İŞİD koalisiyasının qüvvələrini və mülki insanları risk altına qoyur, Suriya və regionda təhlükəsizlik və sabitliyi zəiflədir.

Cümə gecəsi xəbər mənbələri Suriyanın şimal-şərqindəki əl-Həsakənin eyniadlı şəhərindəki “Əş-Şədadi” hərbi bazasına raket hücumu edildiyini bildirib. Yayımlanan məlumatlara görə, Əl-Həsakənin cənubundakı Əş-Şədadi şəhərində ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasına məxsus baza ətrafında bir neçə güclü partlayış səsi eşidilib.

Yerli mənbələr bazanın ətrafına 4 raketin düşdüyünü bildirib.

Amerikanın ən böyük bazaları Deyrəz-Zur əyalətinin şərqindəki Ömər neft yatağının yanında yerləşir. Ömər neft yatağı Suriyanın ən böyük neft yatağıdır. Son bir neçə ildə amerikalı işğalçılar Suriyanın neft ehtiyatlarını oğurlamağa cəhd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − four =