Sionist qüvvələrin İordan çayının qərb sahilinə hücumu nəticəsində 15 fələstinli yaralanıb

Sionist qüvvələrin İordan çayının qərb sahilinə hücumu nəticəsində 15 fələstinli yaralanıb

Xəbər mənbələri çərşənbə axşamı səhər sionist qüvvələrin İordan çayının qərb sahilinin cənubunda yerləşən Beyti-Əmr qəsəbəsinə hücumu nəticəsində 15 fələstinlinin yaralandığını bildirib.

İRNA-nın Maa Fələstin xəbər saytına istinadən verdiyi məlumata görə, sionist əsgərlər zirehli maşınları ilə Hebronun şimalında yerləşən Beyti-Əmr qəsəbəsinə hücum ediblər.

Bu xəbərə əsasən, Beyti-Əmrdə sionist əsgərlərlə fələstinli gənclər arasında baş verən qarşıdurma nəticəsində 15 nəfər sionist döyüş güllələrindən yaralanıb.

Məlumata əsasən, fələstinli gənclər zirehli maşında ilişib qalan İsrail əsgərlərinə daş və əldəqayırma qumbara ataraq hücum edib.

Sionist rejimin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində törətdiyi cinayətlərə cavab olaraq, son aylarda anti-sionist əməliyyatlar kəskin şəkildə artıb. Belə ki, bu rejimin siyasi liderləri, hərbi və təhlükəsizlik qurumları bu əməliyyatların öhdəsindən gəlməkdə aciz olduqlarını etiraf edir və onun genişlənməsi barədə xəbərdarlıq edirlər.

Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində İordan çayının qərb sahilindəki gənclər də silahlanmış və cəsarətlə sionistlərlə vuruşurlar. Nəticədə, bu, sionistləri rahat yuxudan məhrum etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − fourteen =