Sionist nazir: İsrailin əsas problemi İran və Rusiya arasında ittifaqın möhkəmlənməsidir

Sionist nazir: İsrailin əsas problemi İran və Rusiya arasında ittifaqın möhkəmlənməsidir

Sionist rejimin keçmiş Ədliyyə naziri Haim Ramon etiraf edib ki, Tel-Əvivin əsas problemi İran və Rusiya arasında müttəfiqlikdir.

Mehr Xəbər Agentliyinin Fələstinin Əl-Yəvm internet saytına istinadən verdiyi məlumata görə, 2006-cı ildə Netanyahu kabinetində sionist rejimin Ədliyyə naziri Haim Ramon sionist rejimin 13-cü kanalına müsahibəsində elan edib:

İndiki vəziyyətdə İsrailin əsas problemi İran və Rusiya arasında qurulan ittifaqdır, bu ittifaqın bizi narahat etməli olan ciddi nəticələri var.

Ramon əlavə edib: Bu günlərdə Putin İran rəsmiləri ilə danışıq və müzakirələrlə məşğuldur və bu günlərdə onun əsas narahatçılığı budur. İndiki vəziyyətdə İran və Rusiya arasında ittifaq bizi narahat etməlidir, çünki bu ittifaq hətta Suriya müharibəsindən sonra daha da güclənib və təhlükəli nəticələr verəcək.

O, bu söhbətin davamında Livan və Suriyada müqavimətin sionist rejimə qarşı törətdiyi təhdidlərə işarə edərək deyib: Mən narahatam ki, İran və Rusiya arasında sıx əməkdaşlıq Livan Hizbullahının qabaqcıl raketdən müdafiə sistemləri almasına gətirib çıxaracaq ki, bu da regionda güc balansını pozacaq.

O, iddia edib: Biz İrana Hizbullahı belə silahlandırmağa icazə verməyəcəyik! Belə bir hadisə sahə reallıqlarını dəyişir.

Haim Ramon Rusiyanın bütün sektorlarda İranın əsas müttəfiqinə çevrildiyini vurğulayaraq əlavə edib:

Bu vəziyyətdə İsrail Ukraynanın yanında olmalıdır, onlara silah vermək mənasında yox, biz qırmızı xətti keçmədən mövqelər və digər tədbirlər görərək Kiyevin yanında olmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =