İraqın Baş naziri Tehrana səfər edib

İraqın Baş naziri Tehrana səfər edib

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani Tehrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, səfər bu gün səhər başlayıb.

Nazir ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Bundan başqa, iki ölkə arasında İraqın Kürdüstan bölgəsində terror qruplarının fəaliyyətinin dayandırılmasına dair danışıqlar aparılacağı bildirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =