Saatlıda yol qəzası olub, xəsarət alanlar var

Saatlıda yol qəzası olub, xəsarət alanlar var

Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qazanbatan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Saatlı rayon sakinləri, 1995-ci il təvəllüdlü Muradov Tural İlham oğlu və 1982-ci il təvəllüdlü İsmayılov Sadiq Tahir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

T. Muradovun vəziyyətinin ağırlığı nəzərə alınaraq, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + thirteen =