BMT Baş Assambleyası Fələstinə dəstək verən qətnamə qəbul edib-Foto

BMT Baş Assambleyası Fələstinə dəstək verən qətnamə qəbul edib-Foto

Ötən axşam Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ABŞ, İngiltərə və sionist rejimin müqavimətinə baxmayaraq, Fələstinin işğalının ildönümünün (Nəkbə günü) qeyd edilməsi ilə bağlı qətnamə qəbul edib.

Mehr Xəbər Agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ABŞ və İngiltərənin müqavimətinə baxmayaraq, çərşənbə günü axşam keçirdiyi iclasda Fələstinin işğalının ildönümünün (Nəkbə günü) qeyd edilməsi ilə bağlı qətnamə qəbul edib.

Bu qətnamədə Fələstinin işğalının 75-ci ildönümünü (Nəkbə günü) qeyd etmək üçün yüksək səviyyəli toplantının keçirilməsinin zəruriliyi vurğulanır.

Bu səsvermədə əksər ərəb və İslam ölkələri də daxil olmaqla dünyanın 90 müxtəlif ölkəsi müsbət səs verib. Amerika, İngiltərə, Almaniya, İtaliya, Kanada, Avstraliya da daxil olmaqla 30 ölkə əleyhinə səs verib, 47 ölkə isə bitərəf qalıb. Buna əsasən, bu qətnamə nəhayət konsensusla təsdiqləndi.

Nəkbə günü (14 may 1948-ci il) fələstinlilərin tarixində ən pis gün hesab olunur, bu gün əslində minlərlə insanın qətliamı və yüz minlərlə fələstinlinin didərgin düşməsi və evsizliyi ilə reallaşan işğal olunmuş Fələstin torpaqlarında saxta sionist rejimin qurulduğu gündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =