Azərbaycanda HAVA İLƏ BAĞLI YENİ XƏBƏRDARLIQ- Bu tarixdən…

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-17 m/s-dək güclənəcək. Havanın temperaturu 2-3 ° aşağı enərək, 5-8° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-17 m/s-dək güclənəcək.
Havanın temperaturu 2-3° aşağı enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı gözlənilir.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
BAKU.WS
https://www.facebook.com/v3.3/plugins/share_button.php?app_id=287262032178073&channel=https%3A%2F%2Fstaticxx.facebook.com%2Fx%2Fconnect%2Fxd_arbiter%2F%3Fversion%3D46%23cb%3Df371696658d75b%26domain%3Dbaku.ws%26is_canvas%3Dfalse%26origin%3Dhttps%253A%252F%252Fbaku.ws%252Ff17304aa54e5d3%26relation%3Dparent.parent&container_width=20&href=https%3A%2F%2Fbaku.ws%2Fgismeteo%2F170573&layout=button_count&locale=ru_RU&sdk=joey&size=large