Cənində iki gənc müqavimət komandirinin şəhadəti-Video

Cənində iki gənc müqavimət komandirinin şəhadəti-Video

Sionist qüvvələrin Cənin düşərgəsində qorxaqcasına sui-qəsd əməliyyatından sonra Cənin batalyonunun qəhrəman komandirlərindən Məhəmməd Əymən Əs-Səədi və Nəim Camal Zübeydi şəhid olublar.

Fələstinin Şahab xəbər agentliyinin məlumatına görə, Qüds batalyonlarının ən görkəmli komandirlərindən biri və Cenin batalyonunun komandiri, 26 yaşlı Əbul-Əymən kimi tanınan Məhəmməd Əymən Əs-Sədi, həmçinin müqavimətin məşhur komandiri 27 yaşlı Nəim Camal Zübeydi bu cümə axşamı səhər sionist qüvvələrin qorxaqcasına sui-qəsd əməliyyatından sonra Cənin düşərgəsində şəhid oldular.

Bu iki böyük komandirin şəhidliklərini təbrik edən Cənin Batalyonu onların qanlarının qisasını alacağını vurğulayıb.

Fələstin mənbələri bu gün səhər tezdən çoxlu sayda sionist əsgərin Cənin düşərgəsinin Əl-Hədəf məhəlləsinə hücum edərək 4 fələstinli gənci həbs etdiyini, nəticədə işğalçılar ilə fələstinlilər arasında toqquşmalar baş verdiyini və Məhəmməd Əymən Əs-Sədi və Nəim Camal Zubeydinin şəhadətinə səbəb olduğunu açıqlayıb.

İslami Cihadın sözçüsü Tariq İzzəddin bu hadisədən sonra deyib: Sionist işğal rejiminin bu gün sübh çağında xalqa və müqavimət döyüşçülərinə qarşı törətdiyi qətliam cavabsız qalmayacaq, bu cinayətkar işğalçılar öz ağır cinayətlərinin əvəzini verəcəklər.

HƏMAS hərəkatının liderlərindən olan İsmayıl Rizvan bu iki müqavimət komandirinin şəhadətini təbrik edərək, Qüds, Məscidül-Əqsa və bütün Fələstin ərazisinin müdafiəsi üçün İordan çayının qərb sahilində Fələstin müqavimətinin genişlənməsini yüksək qiymətləndirib və deyib: Şəhidlərin qanının hədər getməyəcək və Cənin düşərgəsində fələstinli gənclərin öldürülməsi cinayəti cəzasız qalmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + four =