Argentinada Fələstin xalqı ilə həmrəylik elan edən yürüş keçirilib

Argentinada Fələstin xalqı ilə həmrəylik elan edən yürüş keçirilib

Argentinada onlarla insan sionistlərin Buenos-Ayresdəki səfirliyi qarşısına toplaşaraq, Beynəlxalq Fələstin günündə Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.

Mehr Xəbər Agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, Argentinanın paytaxtı Buenos-Ayres dünən cümə axşamı günü Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü münasibətilə keçirilən yürüşün şahidi olub.

Bu xəbərə görə, bu yürüş ictimai qurumların və sol hərəkatların dəvəti ilə keçirilib və onlarla insan iştirak edib. Bu yürüşün iştirakçıları sionist səfirliyin qarşısına toplaşaraq, Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmiş və “İsrail sionist faşist dövlətidir” deyərək bu rejimin işğalçı siyasətlərini pisləyən şüarlar səsləndirmişlər.

Argentina parlamentinin solçu deputatı “Xuan Karlos Giordano” Fələstin xalqı ilə həmrəylik elan edən mitinqdə iştirak edib və şəxsi Twitter səhifəsində bu mitinqdə iştirak edənlər arasında olmasının şəklini dərc edib.

Qeyd edək ki, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər il noyabrın 29-nu Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü elan edib.

Bu, 1947-ci ilin eyni günündə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Fələstinin bölünməsi ilə bağlı 181 saylı qətnamə qəbul etmiş və növbəti ildə, yəni 1948-ci ildə Fələstin ərazilərində “İsrail” qurulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 2 =