Çin: ABŞ-ın Suriya neftinin oğurlanmasındakı fəaliyyəti qeyri-qanunidir

Çin: ABŞ-ın Suriya neftinin oğurlanmasındakı fəaliyyəti qeyri-qanunidir

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü elan edib ki, ABŞ-ın Suriya neftini oğurlamaqla bağlı faəliyyətləri tamamilə qanunsuzdur.

İRNA-nın Shenzhen TV-yə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian əlavə edib: Suriya hökumətinin rəsmi məlumatlarına əsasən, 2011-ci ildən 2022-ci ilin birinci yarısına qədər ABŞ bu ölkəyə neft qaçaqmalçılığına görə 100 milyard dollardan çox ziyan vurub.

Zhao aydınlaşdırıb ki, Amerika qüvvələrinin Suriyaya yerləşdirilməsi və ABŞ tərəfindən bu ölkədən neft və taxıl qaçaqmalçılığı qanunsuzdur.

ABŞ-ın Suriyaya raket hücumunu qeyri-qanuni adlandıraraq, ABŞ-ın davamlı olaraq beynəlxalq qanunları və qaydaları pozduğuna, bununla belə özünün “qaydalara əsaslanan beynəlxalq nizam” adlandırdığı şeyin müdafiəçisi olduğunu iddia etdiyinə diqqət çəkib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Amerika asayişin vacibliyindən danışarkən, tez-tez öz maraqları istiqamətində addımlar atmağa və dünyada hökmranlığını artırmağa çalışır.

Lijian onu da qeyd edib ki, beynəlxalq ictimaiyyətin bu məsələdə kor olmadığına və ehtiyatlı davranacağına inanırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 4 =