Rusiya ilə İran arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dolları keçib

Bu ilin yanvar-oktyabr aylarında Rusiya ilə İran arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çox olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Vladimir İvin bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin ötən on ayında iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin uyğun dövrü ilə müqayisədə artıb.
V.İvin vurğulayıb ki, Rusiyadan İrana ixracatın həcmi 27 faiz, İrandan idxalat isə 10 faiz artıb.
Report.az