Hayfada neft-kimya zavodunda yanğın

Hayfada neft-kimya zavodunda yanğın

Bəzi xəbər mənbələri çərşənbə axşamı işğal olunmuş Fələstinin Hayfa şəhərinin neft emalı kompleksində neft-kimya zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

İRNA-nın sionist Wazcom saytına istinadən verdiyi məlumata görə, işğal altındakı Fələstinin Hayfa şəhərinin neft emalı kompleksi ərazisində yerləşən “Əlfin” Karmel istehsalat zavodunda yanğın baş verib.

Karmel plastik sənayesi üçün xammal kimi istifadə olunan neft-kimya məhsulları istehsal edən yeganə şirkətdir.

Məlumata görə, yanğının söndürülməsinə yanğınsöndürmə qrupları göndərilib və ölən olmayıb.

İşğal olunmuş Fələstinin müxtəlif mənbələri, xüsusən də, son aylarda bir çox yanğın, infrastruktur sistemlərinin, o cümlədən, şəhər və nəqliyyat sistemləri, elektrik və telekommunikasiya, hərbi və təhlükəsizlik obyektlərinin həklənməsi hallarının şahidi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =