Bakıda ŞOK: özünü 20 mərtəbəli binadan atıb sağ qaldı
Bakıda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb. 28 yaşlı Bəşirov Hidayət Kərim oğlu 20 mərtəbəli binanın 6-cı mərtəbəsinin balkonundan özünü ataraq intihara cəhd edib.
O, aldığı ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Lent.az