İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb -YENİLƏNİB

İspaniyada iki qatar toqquşub, 150-dən çox insan yaralanıb -YENİLƏNİB

İspaniyanın Kataloniya bölgəsində iki qatarın toqquşması nəticəsində 150-dən çox insan yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, xəsarət alanların 5-nin vəziyyəti orta ağırdır.

Hadisə yerində xilasetmə xidməti işləyir. Xəsarət alanların sayı dəqiqləşdirilir.

“El País” qəzeti qəzanın Monkada-i-Reşak şəhərinin dəmiryolu vağzalında baş verdiyini yazır.

***

12.29

İspaniyanın Kataloniya bölgəsində 2 qatarın toqquşması zamanı azı 70 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vətəndaşların mühafizəsi ilə bağlı yerli idarə bildirib.

Hazırda ərazidə xilasedicilərin çalışdığı, yaralı sayının dəqiqləşdirildiyi bildirilir.

İnsidentin digər təfərrüatları barədə məlumat yoxdur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 10 =