Bin Salmanın tanınmış media fəalına mükafatı: 9 il həbs, özü də işgəncə ilə!
Səudiyyə Ərəbistanında “Vətəniyyun Mutələqun” hesabında səudiyyəli yazıçı Dr. Məhəmməd Əl-Huzeyfin əsassız həbsindən bəhs edilib və onun azadlığa buraxılması tələb olunub.
Məhəmməd Əl-Huzeyf Səud Kral Universitetinin media sahəsində görkəmli keçmiş professorlarından biridir.
O, Ər-Riyad, Əd-Dəvət, Əl-Muğtərib və Əl-Amal da daxil olmaqla bir çox Səudiyyə Ərəbistanı qəzet və jurnalının müəllifi və redaktoru olub və o, Əl-Məcd, Əd-Dəlil və Səudiyyə televiziyasının 1-ci və 2-ci kanalında dialoqlarda iştirak edib. O, işdən qovularaq və şərlənərək həbs edilmişdir.
Səudiyyə Ərəbistanı məhkəməsi onu “BƏƏ-nin Səudiyyə Ərəbistanı və region üçün təhlükəsi barədə xəbərdar etmək” saxta ittihamı ilə 9 il həbs cəzasına məhkum edib.
Əl-Huzeyf 2016-cı ilin martında Türkiyədən Səudiyyə Ərəbistanına qayıtdıqdan sonra həbs edilib.