Xəyanətkar ərəb rejimləri normallaşma bataqlığında

Xəyanətkar ərəb rejimləri normallaşma bataqlığında

Dekabrın 5-7-də Məğribdə İordaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və sionist rejimin iştirak edəcəyi “Birgə yaşayış və dözümlülük və normallaşmanın region vətəndaşları üçün faydalarının izahı” adlı konfrans keçiriləcək.

Konfrans iştirakçıları bildiriblər ki, normallaşma üzrə irəliləyiş real regional inteqrasiyaya gətirib çıxaracaq və bu ölkələrin vətəndaşlarına normallaşmanın faydalarını nümayiş etdirəcək çoxtərəfli institutların yaradılması səyləri ilə müşayiət olunmalıdır.

Görünür, bu konfransın məqsədi region hökumətləri üçün əməkdaşlığı artıracaq və təhsildə tolerantlığı gücləndirəcək və regionun gənc nəsillərinin qarşılıqlı əlaqəsi üçün kontekst yaradacaq praktiki siyasi tövsiyələr verməkdir.

Konfransın məqsədinin normallaşmanın əleyhinə olan ərəb İslam xalqları arasında normallaşmanı yaymağa çalışmaq olduğunu başa düşmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur.

 Xüsusən də, ərəb xalqlarının, Məğribin sionist rejimə və bu rejimlə normallaşmağa çalışan hökumətlərə vurduğu sərt sillədən sonra.

Bu prosesdə sionist jurnalistlər Qətərdə keçirilən dünya çempionatını boykot etdilər və Fələstin bayrağı Məğrib milli komandasının oyunçuları tərəfindən stadionların tribunalarında qaldırıldı.

Bu konfransın təşkilatçıları ərəb və İslam xalqlarını, Fələstini, Qüds və Əqsanı, fələstinlilərin küçələrdə öldürülməsini, Qüdsün yəhudiləşdirilməsini unutdurmağa çalışdılar. Lakin unutdular ki, Fələstin idealı İslam dininin bir hissəsidir və bu xalqların nəzərində normallaşma onların dinindən sapmadır, ona görə də Fələstindən əl çəkmələri mümkün deyil.

Bu konfransların yeganə nailiyyəti bir ovuc dollar müqabilində normallaşmağa çalışan rejimlərin bəzi ərəb elitalarını – millətlərinin nifrət etdiyi və yalnız özünü təmsil edən elitaları – satın almaqdır.

Sionist rejim hər gün İordaniya suyunu oğurlayır, dövlət tərəfindən maliyyələşdirilən terror şirkətlərinin imicini yaxşılaşdırmaq üçün BƏƏ-dən sui-istifadə edir, Bəhreyni region ölkələrinə qarşı casusluq mərkəzinə çevirib və qalan bölgələrdə fitnə və fəsad yaymaqla məşğuldur. Bu, sionistlərlə münasibətləri normallaşmdırmağağa çalışan ərəb rejimlərinin nailiyyətləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 9 =