Vaşinqton və London oğurlanmış qədim İraq əşyalarını geri qaytarmalıdır

Vaşinqton və London oğurlanmış qədim İraq əşyalarını geri qaytarmalıdır

İraq parlamentinin üzvü ABŞ və İngiltərədən ölkəsinin oğurlanmış qədim əşyalarını geri qaytarmağı xahiş edib.

Mehr xəbər agentliyinin Sputnik xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İraq parlamentinin üzvü Talib Şolan Əbdülkərim ABŞ və İngiltərədən İraqın işğalı zamanı ölkəsindən oğurlanmış qədim əşyaların geri qaytarılmasını istəyib.

O, əlavə edib: Hər kəs bilir ki, Amerika işğalçı qüvvələri 2003-cü ildə İraqa daxil olduqdan sonra İraqın ən qədim abidələri oğurlanıb.

İraq parlamentinin bu nümayəndəsi bəyan edib: İraqın ən qədim əsərləri İraqın işğalında iştirak etmiş müxtəlif ölkələr, xüsusilə Amerika və İngiltərə tərəfindən oğurlanıb.

Əbdülkərim oğurlanmış əsərlərin geri qaytarılmasının İraqda hökumət və müvafiq qurumlar üçün çox vacib olduğunu vurğulayıb və əlavə edib:

Qədim əşyaların oğurlanmasında əli olan şəxslərə qarşı məhkəmə iddiaları hazırlanıb və istər daxildə, istərsə də xaricdə, vəzifəsindən asılı olmayaraq heç kəs İraqın antik tarixi əşyalarına sahib ola bilməz.

  Ona görə də bu əsərlərin oğurlanmasında iştirak edən ABŞ, İngiltərə və digər ölkələr İraqın tarixinə və sivilizasiyasına hörmətlə yanaşmalı və əsərləri geri qaytarmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 19 =