İntensiv yağışlar Lənkəranda həyatı iflic edib

İntensiv yağışlar Lənkəranda həyatı iflic edib

Bir neçə gündür yağan intensiv yağışlar Lənkəranda həyatı iflic edib.

Şəhərin bəzi ərazilərində və Digah kəndində həyətlərdə, küçələrdə yığılıb qalan yağış suları problemə səbəb olub.

Sakinlər deyir ki, suyun hündürlüyü elə bir həddə çatıb ki, gediş – gəlişi üçün çətinliklər yaradıb. Su yığılan ərazilərdə uzunboğaz çəkməsiz hərəkət etmək mümkün deyil.

Şilavar – Digah bələdiyyəsinin sədri Natiq Babayev APA TV – nin yerli bürosuna verdiyi açıqlamada bildirib ki, bu ərazi yeni salınan yaşayış məntəqəsidir. Yola, daxili imkanlar hesabına qum – çınqıl tökülüb.

Bələdiyyə sədri onu da qeyd etdi ki, hava şəraiti imkan verdikdə Digah kəndinin qeyd olunan ərazilərinə yenidən çınqıl töküləcək.

Qeyd edə ki, ərazidə yağmurlu hava şəraiti hələ də davam edir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 4 =