ABŞ Estoniyaya əlavə hərbi qüvvə göndərəcək

ABŞ NATO-nun şərq cinahında müdafiəni gücləndirmək üçün yaxın həftələrdə Estoniyaya əlavə piyada birlikləri göndərəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Estoniya Müdafiə Nazirliyinin rəsmilərinə istinadən məlumat yayıb.
Söhbət adətən 80-250 əsgərdən ibarət ABŞ piyada bölməsindən gedir. Hərbçilər yüksək mobil HIMARS artilleriya raket sistemi, eləcə də müvafiq komanda idarəetmə avadanlığı və sistemləri ilə müşayiət olunacaq.
“Bu qərar ABŞ-ın Estoniya və Baltikyanı ölkələrdə rotasiya edən hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə artmasına işarə edir, ABŞ-ın regionumuzun təhlükəsizliyinə uzunmüddətli sadiqliyini və NATO-nun mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsini nümayiş etdirir” – Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.
Report.az