Lukaşenkonun başına iş gəldi, “Mercedes”i xarab oldu və…

Dekabrın 9-da Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti başlayıb. Belarus prezidenti Aleksandr Lukaşenko sammitin keçirildiyi binanın girişində Qırğızıstan prezidenti Sadır Japarov tərəfindən şəxsən qarşılanıb.
Publika.az xəbər verir ki, Belarus prezidenti “Mercedes” markalı avtomobilinin nasazlığına görə az qala gecikdiyini bildirib.
“Gecikməmişəm? Mersedes zəifdir, işə düşmür, mən piyada gəlmişəm”, – Lukaşenko deyib.
Buna cavab olaraq Qırğızıstan prezidenti həmkarını əmin edib ki, vaxtında gəlib və onu ittifaqda iştirak edən digər ölkələrin rəhbərləri ilə görüşə aparıb.
Publika.az