Ənsarullah: Yəmən xalqının təcavüzkarlara qarşı müqavimət göstərməkdən başqa, çarəsi yoxdur

Ənsarullah: Yəmən xalqının təcavüzkarlara qarşı müqavimət göstərməkdən başqa, çarəsi yoxdur

Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Hizam Əl-Əsədi deyib: “Yəmən xalqının təcavüzkar koalisiyaya qarşı müqavimət göstərməkdən başqa, yolu yoxdur.”

Əl-Əsədi Əl-Aləm kanalına müsahibəsində vurğulayıb: “Yəmənə qarşı təcavüzə komandanlıq edən ABŞ və Böyük Britaniyanın əsas yanaşması ictimai rəyə məlumdur.”

O əlavə edib: “Təcavüzkar koalisiyaya qarşı müqavimət göstərmək tamamilə açıq və aydın yanaşmadır, çünki Amerika, Fransa və İngiltərə və onların regional və daxili əlaltıları tərəfindən başqa yollar bağlanıb”.

Ənsarullahın bu lideri bəyan edib ki, Yəmən xalqının öz azadlığı və ləyaqət və suverenliyini bərpa etmək üçün qarşıdurma və müqavimət göstərməkdən başqa, yolu yoxdur. Çünki Ukrayna müharibəsinin dünyada təsir və nəticələrini nəzərə alsaq, istər müharibə, istərsə də sülh vəziyyətinin davam etməsi yalnız Amerikanın marağındadır.

Əl-Əsədi həmçinin qeyd edib ki, ABŞ sionist rejimin mövcudluğunu sabitləşdirmək məqsədi ilə BƏƏ və Səudiyyə Ərəbistanındakı əlaltılarından istifadə edərək regionda, yəni Yəmən sularında birbaşa və dolayı yolla hərbi mövcudluğunu gücləndirməyə çalışır.

O, Amerikanın Yəməndəki mövcudluğunun, xüsusilə də, onun hərbi və ictimai mövcudluğunun müharibə və cəbhə məsələsi ilə heç bir əlaqəsi olmadığını və bu ölkənin Yəmənə hücumdan hansı məqsədləri güddüyünü göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + seventeen =