İslami Cihad: Fələstinin azad edilməsi və İsrailin məhvi yaxındır
İslami Cihad hərəkatının başçılarından biri vurğulayıb ki, sionistlərin cinayətləri yalnız sionist rejimin məhvinin daha tez baş verməsinə səbəb olacaq.
Fələstin İslami Cihad hərəkatının başçılarından olan Əhməd Əl-Mudəlləl bu gün (cümə axşamı) sionistlər tərəfindən üç fələstinlinin şəhid edilməsinin müqavimət hərəkatını məhv etmək və kökünü kəsmək üçün çıxılmaz cəhd olduğunu vurğulayıb.
Əl-Mudəlləl “Fələstin Əl-Yəvm”ə deyib: “Sionist rejim Cənini və orada olan vətəndaşları və müqavimət qüvvələrini hədəf alır, çünki o, [sionistlərə qarşı müharibə] süngüsünün ucudur və sionist düşmən rəhbərlərinin planlarını puça çıxarır.”
O, sionistlərin Cənin mücahidlərini və İordan çayının qərb sahilindəki müqavimət qüvvələrini məhv etmək səylərinin müqavimətin iradəsini qırmayacağını bildirərək, bu qüvvələrə qarşı davamlı təcavüzün onların düşmənlə mübarizədə gücünü artıracağını bildirib.
Bu inqilabi alovun ancaq Fələstinin azad edilməsi ilə sönəcəyini vurğulayan bu Cihad lideri deyib: “Fələstin xalqı və müqaviməti geri qaytarılması mümkün olmayan bir mərhələyə qədəm qoyub və bu səbəbdən sionistlərin təcavüzünə birbaşa və dərhal cavab verildiyinin şahidi oluruq.”
Əl-Mudəlləl davam edib: “Bu mərhələnin xülasəsi budur ki, millətimiz sionist düşmənə verdiyi bütün variantlardan yorulub və nəticədə qətl, məskunlaşma və yəhudiləşmə artıb və yalnız müqavimət variantı torpağı müdafiə etməyin və hüquqların bərpasının yeganə yolugur.”
Sonda o, bu vədi verdi: “Fələstinin azadlığı yaxındır və ekstrimist sionistlərin millətimizə qarşı vəhşi hücumlarının artması münaqişəni artıracaq və İsrailin məhvini yaxınlaşdıracaq.”