Mövləvi Əbdülvahid Rigi naməlum şəxslər tərəfindən şəhid edilib

Mövləvi Əbdülvahid Rigi naməlum şəxslər tərəfindən şəhid edilib

Sistan və Bəluçistanın Təhlükəsizlik Şurası Xaş şəhərindəki İmam Hüseynin (ə) Cümə Əhli Sünnə məscidinin imamı Mövləvi Əbdülvahid Riginin şəhadəti ilə bağlı bəyanat yayıb.

Açıqlamaya görə, bölgənin və Sistan və Bəluçistan əyalətinin tanınmış şəxslərindən biri olan Xaş şəhərindəki İmam Hüseyn (ə) məscidinin sünni imamı Mövləvi Əbdülvahid Rigi naməlum şəxslər tərəfindən qaçırılıb. Cümə axşamı günorta isə şəhid edilib.

Bu bəyanatda əlavə olunur: Təhlükəsizlik və kəşfiyyat orqanları məlumatları araşdırdıqdan sonra əlavə hesabatlar verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 4 =