İrəvanda atışma – bir ölü, bir yaralı
İərəvanda atışma olub. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Publika.az shamshyan.com-a istinadən xəbər verir ki, dekabrın 9-da saat 23:55-də Erebuni tibb mərkəzindən Şenqavit polis şöbəsinə “Paradise Hotel” gecə klubuna bitişik ərazidən iki vətəndaşın son dərəcə ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılması barədə məlumat daxil olub.
Onlardan biri – Armavir vilayətinin sakini – 27 yaşlı Vladimir S. özünə gəlmədən dünyasını dəyişib. Digər yaralı İrəvan sakini, 31 yaşlı Tiqran A-dır.
Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, cinayət işi başlanıb.
Publika.az