İran Aİ və ABŞ-ın sanksiyalarına cavab verəcək – Nə ilə?

İran Aİ və ABŞ-ın sanksiyalarına cavab verəcək – Nə ilə?

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gün biz Aİ və Aİ rəsmiləri ilə əlaqəli bəzi qurumlara qarşı yeni sanksiyaların siyahısını, həmçinin bir sıra qurumlara və Böyük Britaniya rəsmilərinə qarşı sanksiyaların siyahısını açıqlayacağıq”, – deyə Kanaani bildirib.

O, həmçinin əlavə edib ki, İran, qanuni hüquq əsasında qabaqlayıcı tədbirləri davam etdirmək niyyətindədir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu qərara səbəb bir sıra ölkələrin, eləcə də Avropa İttifaqının qeyri-konstruktiv hərəkətləri olub.

Bundan əvvəl Aİ-nin, etirazların yatırılmasına və Rusiya Federasiyasına “hərbi yardıma” görə İrana qarşı sanksiyalar tətbiq edəcəyi barədə məlumat yayılmışdı.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − one =