IEA qaz çatışmazlığının qarşısının alınması üşün Aİ-yə təkliflər edib

IEA qaz çatışmazlığının qarşısının alınması üşün Aİ-yə təkliflər edib

Beynəlxalq Enerji Agentliyi (IEA) Avropa İttifaqına 2023-cü ildə qaz qıtlığından qaçmağa kömək edəcək təxminən 100 mlrd. avro dəyərində tədbirlərin siyahısını təklif edib.

Bu barədə “APA-Economics” Agentliyin “Avropa İttifaqı 2023-cü ildə təbii qaz qıtlığından necə qoruna bilər” adlı hesabatına istinadən xəbər verir.

Qeyd olunan hesabatda, təsvir olunan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan əlavə investisiya təxminən 100 mlrd. avrodur. Bu, istehlakçıları yüksək qiymətlərdən qorumaq üçün fövqəladə hallar paketləri çərçivəsində son bir ildə Avropa İttifaqına üzv dövlətlərin ayırdığı 330 mlrd. avronun üçdə birindən azdır.

Hesabata əsasən, IEA Avropanı beş istiqamət üzrə fəaliyyətə dəvət edir.

Birincisi, mənzillərin, məişət texnikasının, ictimai binaların və işıqlandırmanın enerji səmərəliliyini təmin etmək və 8 mlrd. kubmetr qaza qənaət etməyə kömək edəcək sənaye enerji səmərəliliyi proqramlarını dəstəkləmək.

İkincisi, bərpa olunan enerjinin tətbiqinin sürətləndirilməsi – qaza qənaət 7,5 mlrd. kubmetr təşkil edəcək.

Üçüncüsü, istilik nasoslarının alınmasını maliyyə cəhətdən stimullaşdırmaq, elektrikləşdirməyə ziyan vuran vergi tədbirlərini dəyişdirmək, sənayenin elektrikləşdirilməsinə dəstəyi genişləndirməklə 2 mlrd. kubmetr qaza qənaət etmək mümkün olacaq.

Dördüncüsü, binalarda qazla işləyən isitmə sistemlərinin tənzimlənməsi, smart sayğacların quraşdırılması, enerji səmərəliliyinin məişət texnikasının standart parametrlərinə daxil edilməsi, enerjiyə qənaətlə bağlı fövqəladə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində dövlət sektoruna dəstək vermək, bu da 5 mlrd. kubmetr qaza qənaət edilməsi deməkdir.

Nəhayət, beşincisi, ixracatçı ölkələrdə yandırılan və atmosferə buraxılan qazı yığmaq, birgə qaz alışı yeni aşağı emissiyalı qazları daxil etməkdən ibarətdir. Bu, 4,5 mlrd. kubmetr qaza qənaət etməyə köçək edəcək.

Agentliyin məlumatına görə, təklif olunan tədbirlər olmasa, 2023-cü ildə regionda qaza tələbat və təklif arasında fərq 27 mlrd. kubmetrə çata bilər. İnvestisiyaların təxminən yarısı enerji səmərəliliyinə, ilk növbədə binaların təkmilləşdirilməsinə, 40%-i isə bərpa olunan enerjiyə yönəldiləcək. Qalan vəsait istilik nasoslarının quraşdırılmasını, biometanın işlənməsini, qaz və metan məşəldə yandırılmasını azaltmaq üçün layihələri təmin edəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 13 =