Azərbaycanın bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb -VİDEO

Azərbaycanın bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb -VİDEO

“Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb”.

“Azərişıq” ASC-dən APA-ya bildirilib ki, qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.

 “Azərişıq”dan o da qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq, 6500-ə yaxın abonentin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =