Venesuela ilə Kolumbiya arasında sərhədin açılacağı vaxt məlum olub

Venesuela ilə Kolumbiya arasında sərhədin açılacağı vaxt məlum olub

Venesuela ilə Kolumbiya arasında quru sərhədi 2023-cü il yanvarın 1-dən tam açılacaq

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro məlumat verib.

“2023-cü il yanvarın 1-dən biz Kolumbiya ilə Venesuela arasındakı sərhədi tam açacağıq. Bu, xalqlarımız üçün böyük hədiyyə olacaq. Kolumbiya Prezidenti Qustavo Petro ilə birlikdə elan etdiyimiz bütün məsələləri yerinə yetirəcəyik”, – o vurğulayıb.

Xatırladaq ki, ölkələr arasında quru sərhədi 2015-ci ildə Venesuelanın qərarı ilə nəqliyyat üçün bağlanmışdı. Ölkələr 2020-ci ilin mart ayında pandemiya səbəbindən sərhəd keçid məntəqlərini tamamilə bağlayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 3 =