Rusiyada maşınqayırma zavodunun ərazisindəki bina yanır

Rusiyada maşınqayırma zavodunun ərazisindəki bina yanır

Rusiyanın Sankt-Peterburq şəhərində “Zvezda” maşınqayırma zavodunun ərazisində ikimərtəbəli bina yanır.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsi yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üçün hadisə yerinə 35 xilasedici və 7 texnika cəlb olunub.

Qeyd edək ki, yanğın baş verən ərazidə dizel mühərrikləri istehsal edilir. Rusiya Hərbi Dəniz Qüvvələrinin və sərhəd qoşunlarının yüksək sürətli gəmilərinin mühərriklərinin, təxminən, 90 faizi “Zvezda” zavodunda istehsal olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =