Avropa Parlamentinin 10-a yaxın ofisi bağlanıb

Avropa Parlamentinin 10-a yaxın ofisi bağlanıb

Avropa Parlamentinin Fransanın Strasburq şəhərində yerləşən 10-a yaxın ofisi bağlanıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “Pilotico” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı korrupsiya hallarına yol verilməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, daha əvvəl Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 15 =