Türkiyədə böyük Mossad casus şəbəkəsinin ifşası

Türkiyədə böyük Mossad casus şəbəkəsinin ifşası

Türkiyənin təhlükəsizlik aparatı bu ölkədə sionist rejimə casusluq etməkdə şübhəli bilinən 44 nəfərdən ibarət şəbəkənin aşkarlandığını elan edib.

Türkiyə mediası İsrailin kəşfiyyat agentliyi “Mossad”a ölkədə yaşayan fələstinlilərlə bağlı məlumat verməkdə ittiham olunan 44 nəfərin həbs olunduğunu bildirib.

Həbs edilən şəxslər Fələstin sakinləri və onlara bağlı qeyri-hökumət təşkilatları haqqında məlumatları toplamaqda və bu məlumatları İsrail kəşfiyyat agentliyinə ötürməkdə ittiham olunurlar.

Şübhəlilərdən 7-si İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən tutularaq məhkəməyə cəlb olunub və daha sonra isə həbsxanaya göndərilib. 13 nəfər şübhəli hələ də fəraridir və digər şübhəlilərin istintaqı isə Terrorla Mübarizə Şöbəsində davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + four =