Bakı-Quba yolunda dəhşətli qəza – 7 nəfər öldü -Yeniləndi

Bakı-Quba yolunda dəhşətli qəza – 7 nəfər öldü -Yeniləndi

İdarənin əməkdaşı polis leytenantı Elvin Hacıyev Publika.az-a bildirib ki, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, 98-ci km-liyində Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlunun idarə etydiyi “Mercedes Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı sərnişin avtomobili ilə əks istiqamətdən gələn Göyçəliyev Şaiq Məmməd oğlunun idarə etdiyi “DAF” markalı (TIR), 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə hər iki sürücü və daha 5 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

xxx

11:47

Bakı-Quba yolunda mikroavtobusla “TIR”ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, hadisə zamanı xəsarət alan “TIR”ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Bununla da ölənlərin sayı 7-yə çatıb.

xxx

10:53

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 6 nəfər ölüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes-Vita” markalı mikroavtobusla TIR toqquşub.

Mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 7 =