Tayvanda güclü zəlzələ olub

Tayvanda güclü zəlzələ olub

Tayvanın şərq sahilində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə yerli vaxtla saat 12:03-də (Bakı vaxtı ilə 08:03-də) yeraltı təkanlar qeydə alan adanın seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 350 min insanın yaşadığı Hualyan şəhərindən 29 km aralıda, ocaq isə dəniz dibinin 5,7 km dərinliyində olub.

Təbiət hadisəsi bir sıra şəhər və rayonlarda hiss olunub. İtkilər, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − four =