Ağciyərlər və psixi sağlamlığa təsir edən amil

Ağciyərlər və psixi sağlamlığa təsir edən amil

Qalıq yanacaq istehlakının artması ilə şəhərlərdə havanın çirklənməsi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib. Araşdırmalara görə, havanın çirklənməsi təkcə fiziki sağlamlığa deyil, həm də psixi sağlamlığa təsir edir.

Publika.az xəbər verir ki, havanın çirklənməsi ən çox uşaqların psixi sağlamlığına təsir edir.

Yüksək səviyyədə karbon qazı emissiyası qlobal istiləşmənin əsas səbəblərindən biridir. Karbon qazı emissiyalarına və istixana qazlarına səbəb olan qalıq yanacaqlardan istifadə iqlimi dəyişməklə yanaşı, şəhərlərdə havanın çirklənməsinə də səbəb olur. Araşdırma nəticəsində məlum olub ki, havanın çirklənməsi, eyni zamanda qlobal istiləşmə insan beyninə ziyan vurur və psixi sağlamlığa təsir edir.

“Çirkli hava ilə nəfəs alan insanlar, emosiyaları idarə edən beyin bölgələrində dəyişikliklər yaşayır. Nəticədə, daha təmiz hava ilə nəfəs alanlara nisbətən onlar narahatlıq və depressiyaya daha çox meyllidirlər”, – deyə ABŞ-ın Ueyn Dövlət Universitetinin elmi işçisi Klara G. Zundelin bildirib.

O deyib ki, biz beyin təsirlərini araşdıran tədqiqatların 95 faizində yüksək səviyyəli hava çirkliliyinə məruz qalanlarda emosiyanı tənzimləyən beyin bölgələrində əhəmiyyətli fiziki və funksional dəyişikliklər aşkar etdik.

Avtomobilin egzozlarından və ya bacalarından çıxan havanı çirkləndirən çox kiçik və incə hissəciklər burundan keçərək beynə çatır və birbaşa zərər və ya beyin fəaliyyətini dəyişdirəcək vəziyyətlərə səbəb olur.

Havanın çirklənməsinin yaratdığı fiziki və psixi problemlərdən ən çox uşaqlar təsirlənir. Alimlərin araşdırmaları uşaqların iqlim dəyişikliyinə və havanın çirklənməsinə fövqəladə həssaslığını ortaya çıxarıb.

Kolumbiya Uşaq Ətraf Mühit Sağlamlığı Mərkəzinin qurucu direktoru, professor Frederika Perrera deyib:

“Tədqiqatlar göstərdi ki, hava çirkliliyinə prenatal və postnatal məruz qalma doğmamış körpədə aşağı IQ və digər koqnitiv problemlərə səbəb ola bilər. Bundan əlavə, havanın çirklənməsi diqqətə təsir edə bilər. Uşaqlarda defisit və hiperaktivlik pozuqluğu, autizm və hətta beyin zədələnməsinə gətirib çıxara bilər”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =