Səudiyyə koalisiyası Yəmənin 2 yanacaq gəmisini ələ keçirib

Səudiyyə koalisiyası Yəmənin 2 yanacaq gəmisini ələ keçirib

Yəmən Neft Şirkətinin sözçüsü Səudiyyə koalisiyası tərəfindən bu ölkə üçün neft məhsulları daşıyan iki gəminin ələ keçirildiyini açıqlayıb.

Mehr xəbər agentliyinin Əl-Məsirəyəa istinadən verdiyi məlumata görə, Yəmənin neft şirkəti Səudiyyə koalisiyası tərəfindən bu ölkənin yanacaq daşıyan iki gəmisinin ələ keçirildiyini və Əl-Hədidə limanına daxil olmasına mane olduğunu açıqlayıb.

Yəmən Neft Şirkətinin rəsmi sözçüsü Əssam Əl-Mütəvəkkil ABŞ-Səudiyyə təcavüzkar koalisiyasının Yəmənə neft məhsulları daşıyan gəmilərə qarşı piratçılığa davam etdiyini vurğulayıb.

O, həmçinin əlavə edib ki, koalisiya cümə axşamı günü Cibutidə məcburi yoxlamadan sonra “Fifiana-Anhuna” adlı iki benzin daşıyan gəmini ələ keçirib.

Əl-Mütəvəkkül bildirib ki, bu iki gəminin ələ keçirilməsi ilə Səudiyyə koalisiyasının nəzarətində olan gəmilərin sayı 4-ə çatıb.

Eyni zamanda Yəmən Neft Şirkətinin sözçüsü Yəmənin yanacaq daşıyan gəmilərinin ələ keçirilməsi və bunun bu ölkə xalqının iztirab və problemlərinin ağırlaşmasına səbəb olan nəticələri ilə bağlı Səudiyyə təcavüzkar koalisiyası və BMT-ni günahlandırıb.

Qeyd edək ki, Yəmən Neft Şirkəti bundan əvvəl Birləşmiş Millətlər Təşkilatını təcavüzkar Səudiyyə koalisiyasının yanacaq daşıyan gəmilərə qarşı dəniz quldurluğunda tərəfdaşı elan etmişdi, çünki, bu gəmiləri təcavüzkar koalisiyasının ələ keçirmə məntəqəsi və dəniz quldurluğu yerinə göndərilir.

Bundan əvvəl Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat ABŞ-ın başçılıq etdiyi təcavüzkar Səudiyyə koalisiyasına üzv ölkələrin gəmiləri ələ keçirmək üzrə hərəkətlərini pisləmiş və demişdi:

Səudiyyə koalisiyasına üzv ölkələrin bu gəmilərin yoxlanılmasına və BMT icazələrinin verilməsinə baxmayaraq, yanacaq daşıyan gəmiləri ələ keçirmə hərəkətlərini pisləyirik.

Yəmən parlamenti təcavüzkar Səudiyyə koalisiyası tərəfindən neft məhsulları daşıyan gəminin ələ keçirilməsinin davam etməsini pisləyərək, bu hərəkəti Birləşmiş Millətlər Təşkilatının elan etdiyi atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.

Yəmən parlamenti elan edib: Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatından tələbimiz təcavüzkar koalisiyaya nefti Yəmənin su anbarlarına qaytarılması və xəstəxanaların mühafizəsi ilə bağlı öhdəlik götürməkdir.

Yəmən parlamenti BMT-nin elan etdiyi atəşkəs rejiminə riayət edilməsinin, Yəmən xalqının əziyyətini azaltmağa çalışmağın və təcavüzkar Səudiyyə koalisiyasının yaratdığı maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − one =