“Tərtər işi” – işgəncə əmri verənlər cəzalandırılmalıdır! – MM-də TƏLƏB

“Tərtər işi” – işgəncə əmri verənlər cəzalandırılmalıdır! – MM-də TƏLƏB

Publika.az xəbər verir ki, bunu deputatı Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında “Tərtər işi” mövzusunda çıxış edərkən bildirib.

Deputat qeyd edib ki, bəraət alan şəxslərin ailələri göz yaşı tökərək yaxınlarının, doğmalarının casusluq adı ilə damğalanmasına etiraz edirdilər:

“Aidiyyəti üzrə müraciət edəndə bizi günahlandırırdılar. Deyirdilər ki, siz casusları müdafiə edirsiniz. Mən bildirdim ki, 18 yaşında fəal ictimai-siyasi həyata qatılmışam, mən casusları müdafiə edə bilmərəm. Deyirdik və tələb edirdik ki, işə yenidən baxılsın, ədalətli baxılsın”.

Deputat bildirib ki, təqsirkarlar bəraət alanların valideynlərindən, uşaqlarından televiziya vasitəsilə üzr istəməlidirlər:

“Çünki bəzi azərbaycanlılar bu işdən xəbərsizdir. Qoy hamı onların kimliyini bilsin. İşgəncə əmrini verənləri cəmiyyət görmək istəyir ki, onlar hansı ağır cəzanı alıb”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 7 =