Səudiyyə Ərəbistanında 9 uşaq ölüm siyahısında – Video

Səudiyyə Ərəbistanında 9 uşaq ölüm siyahısında – Video

Səudiyyə Ərəbistanında insan haqlarının pozulması, o cümlədən? bu ölkədə bir sıra fəal və mütəfəkkirlərin həbsi və onlara qarşı ağır cəzaların verilməsi hər gün davam edir.

İnsan haqları təşkilatları müdafiəsiz 9 uşağın adını açıqlayaraq, Səudiyyə polisinin onları Məhəmməd bin Salmanın əmri ilə ölüm siyahısına saldığını və bu uşaqların hər an edam edilə biləcəyini açıqlayıb.

Bu təşkilatlar beynəlxalq ictimaiyyətdən bu uşaqlarla həmrəyliklərini bəyan etmələrini xahiş edərək, Səudiyyə Ərəbistanının bu hərəkətinin Uşaq Hüquqları Konvensiyasının açıq şəkildə pozulması olduğunu vurğulayıblar.

Onlarla mülki fəalın və müəllimin oğurlanması və bu prosesin davam etməsindən sonra Ərəbistan Yarımadasında İnsan Haqlarını Müdafiə Komitəsi Səudiyyə xalqının daim zülm və təcrid vəziyyətində olduğunu, fikir və ifadə azadlığının bu ölkədən üz çevirdiyini açıqlayıb. Bunun əksinə həbsxanalar nəcib və azad insanlarla doludur və Səudiyyə hökuməti daim millətin səsini susdurmağa çalışır və buna görə də ona qarşı heç bir tənqidə icazə vermir.

Bu təşkilat həmçinin Səudiyyə hökumətinin morqlarının cəsədlərlə dolu olduğunu və artıq yer olmadığını bildirərək video yayımlayan bir vətəndaşa cinayət iişi açaraq həbs etdiyini açıqlayıb.

Eyni zamanda Səudiyyə Ərəbistanındakı Təfəkkür Məhbusları internet saytı bir sıra məhbusların taleyini açıqlayaraq, Abdullah Suveyni adlı gəncin azyaşlı uşaqların zindandakı pis vəziyyəti ilə bağlı silsilə tvitlər dərc etdiyinə görə, 2021-ci ilin fevral ayından həbs olunduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + eleven =