Arutyunyan Qarabağdakı “uğursuzluqlarına” görə HƏBS EDİLDİ

Arutyunyan Qarabağdakı “uğursuzluqlarına” görə HƏBS EDİLDİ

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Arutyunyan, dekabrın 15-də həbs edilib.

Cinayət işi ilə bağlı dekabrın 14-də məlumat verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin adı, eləcə də vəzifəsi göstərilməyib. Daha sonra nəzarət orqanı məlumat verib ki, Qarabağdakı “uğursuzluqlarına” görə, Ermənistan hərbi hissələrindən birinin komandirləri barəsində cinayət işi açılıb.

“Sputnik Armenia” Arutyunyanın hazırda dindirildiyini öyrənib. O, xüsusilə aprelin 5-də döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə bağlı verdiyi əmrin yerinə yetirilmədiyini bilərək “günahkarların cəzalandırılması” və “vəziyyəti düzəltmək” üçün tədbir görməyib. Göstərilən istiqamətlər onun tabeliyində olan ikinci korpusun məsuliyyət zonasında olduğuna görə Arutyunyana qarşı iş başlanıb.

Arutyunyan Baş Qərargahın baş kəşfiyyat idarəsinin rəisi təyin edilmişdi. O, bir neçə ay bu vəzifədə çalışıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − four =