Laçın yolu və Zəngəzur dəhlizi: Mİ6 şefini İrəvana gətirən səbəb nədir?

Laçın yolu və Zəngəzur dəhlizi: Mİ6 şefini İrəvana gətirən səbəb nədir?



Birincisi,
 səfərin regional xarakter daşımasıdır: belə səfərlər bir çox hallarda məxfiliyi ilə seçilir, bu baxımdan, Mİ6 şefinin Bakıda da olması, yaxud İrəvandan sonra Bakıya da gələcəyi istisna deyil; iyul ayında ABŞ kəşfiyyat rəhbəri Uilyam Börns İrəvana səfər edərkən, onun Bakı və Tbilisidə də olduğu, lakin səfərin təkcə Ermənistan hakimiyyəti tərəfindən açıqlandığına dair məlumatlar var idi; Paşinyan hakimiyyəti belə məlumatlarla Rusiya qarşısında “qiymətini bahalaşdırmaq” gedişi edə bilər, Börnsün səfərindən üç gün sonra Narışkinin İrəvana uçması da bu fikri gücləndirən amillərdən idi; bu baxımdan, Mİ6 şefinin regional səfərinin “ictimaiyyətləşdirilməsi” də buna hesablana bilər;

İkincisi, Xankəndi yolunda azərbaycanlıların Qarabağ məsələsinə, ümumilikdə regional siyasətin bundan sonrakı mənzərəsinə təsir edə biləcək aksiya keçirməsidir: aksiyanın qızıl yataqlarına girişlə bağlı olduğu və işğaldan azad olunmuş ərazilərdəki mədənlərdə ingilis şirkətlərinin iştirakı arasında paralellik apardıqda, Murun səfərində bu amilin rol oynadığı ehtimalı yarana bilər; Ki, belə fikirlər səsləndirilir, hərçənd, regional proseslər fonunda bu, olduqca kiçik detaldır və Mİ6 şefinin gəlişində əsas hədəf bu ola bilməz; aksiya və Murun səfəri arasında paralellik apardıqda burada önə çıxan amil Zəngəzur dəhlizidir;

– Laçın yolunda baş verənlər həm də Bakının “Zəngəzur və Laçın dəhlizi eyni rejimdə işləyəcək” hədəfində praktiki olaraq atılan ilk addım hesab edilə bilər;
– Zəngəzur dəhlizi ingilislərin də marağında olan Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir və iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də var;


Murun səfərində bu məqamın əsas olduğunu demək mümkündür, lakin hadisələrin inkişafı fonunda o da istisna deyil ki, Zəngəzur dəhlizinin ruslarsız həyata keçirilməsi planı var: Bakı Laçın dəhlizində gömrük postu qurur (aksiya bunun ola bilməsi gözləntisini artırdı), Naxçıvana “maneəsiz keçid” üzərində ortaq mövqe tapılır və rusların Qarabağdan çıxmasına ingilislər dəstək verirlər;

Təbii ki, bu hadisələr üzərindən önə çıxan ehtimallardır, lakin bütün hallada Murun səfəri regionda proseslərin inkişafına ciddi təsir göstərə bilər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + sixteen =