Peruda erkən prezident seçkiləri 2024-cü ilin aprelində keçiriləcək

Peruda erkən prezident seçkiləri 2024-cü ilin aprelində keçiriləcək

Peru Respublikasının Konqresi 2024-cü ilin aprelində növbədənkənar prezident seçkilərinin keçirilməsinə birinci oxunuşda səs verib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ümumilikdə 93 deputat bunu dəstəkləyib.

Beləliklə, ölkə Konstitusiyasına 18 adan sonra seçkilərin keçirilməsinə imkan verən dəyişiklik ediləcək.

Növbəti iclasda qanun layihəsinin ikinci oxunuşda qəbul ediləcəyi gözlənilir.

Dekabrın 7-də Peru prezidenti Pedro Kastilyo onun impiçmentinə üçüncü dəfə baxmalı olan parlamenti buraxıb.

Bundan sonra prezident fövqəladə vəziyyət elan edib.

Parlamentarilər hələ də iclas keçirərək ölkə rəhbərinin istefası ilə bağlı qərar qəbul ediblər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 5 =